:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub

Font

Martın 4-də 110/35/10 kilovoltluq "Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.