:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

PFL prezidenti: “Vəziyyət gərginləşərsə, Premyer Liqanın oyunlarını dayandıracağıq”

Font

Azərbaycan Premyer Liqasının və birinci divizionun oyunları koronavirusa görə təxirə salına bilər.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Qurum rəhbəri bildirib ki, bununla bağlı PFL-də iclas keçirilib. Ancaq Musayev hələlik təxirəsalma ilə bağlı qərar qəbul etmədiklərini söyləyib: "Bununla bağlı müzakirələrimiz davam edir. İclas keçirdik, müzakirə aparırıq. Əgər təhlükəli bir durum hiss etsək, Premyer Liqa və birinci divizionu dayandıracağıq. Amma bu gün belə qərar verməmişik. Hələ ki, təhlükəli bir durum görmürük. Amma vəziyyət gərginləşərsə, həftəsonu keçiriləcək oyunları dayandıracağıq”.
Qeyd edək ki, AFFA koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aşağı yaş qrupu üzrə liqaların təxirə salınmasını qərara alıb.