:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Real Madrid" El-Klasikoda qalib gələrək lider oldu

Font

İspaniya La Liqasında XVI turun mərkəzi görüşü "Real Madrid" və "Barselona" komandaları arasında keçirilib.

"Santyaqo Bernabeu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

İlk qolu 71-ci dəqiqədə Vinisius Junior vurub. Son nöqtəni isə 90+2-ci dəqiqədə Mariano Dias qoyub.

Bu qələbə sayəsində xalını 56-ya çatdıran "Real Madrid" liderliyə yüksəlib. 55 xalı olan "Barselona" isə 2-ci pilləyə enib.