:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ETSN: Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək

Font

"Bu gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, yağış yağacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış yağacaq.

"Dağlıq ərazilərdə qar yağacaq. Sabah səhər saatlarından ölkə ərzisində hava şəraiti mülayimləşəcək. Dəyişkən buludlu, əsasən yağmursuz olacaq”,-deyə o əlavə edib.