:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp "Taliban"la sazişi şərh etdi

Font

ABŞ prezidenti Donald Tramp Əfqanıstanın "Taliban” hərəkatı ilə sazişin imzalanmasından sonra bildirib ki, Birləşmiş Ştatlar nəhayət ən uzun müddətli müharibəni qurtarmaq və əsgərlərinin evə qaytarılması üzərində işləyir.

Bu barədə  RİA "Novosti” xəbər verir.

"Biz nəhayət Amerikanın ən uzun müddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik", - Trampın yayılmış bəyanatında deyilir.

Qeyd edək ki, bu gün ABŞ və "Taliban" Qətərdə sülh razılaşmasını imzalayıb. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, "Taliban"ın zorakılıqdan çəkinəcəyi təqdirdə, Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində isə "Taliban" Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər "daimi və hərtərəfli barışıq" haqqında da razılığa gəliblər.