:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dövlət Neft Fondunun 2019-cu il üzrə gəlir və xərcləri açıqlandı

Font

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil etmişdir.

Fonddan bildirilib ki, 2019-cu il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat təşkil etmişdir.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 625,9 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil etmişdir.

Ötən il ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılmışdır. 2019-cu il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 24,3 milyon manat təşkil etmişdir.

2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 12,48% artaraq 43 323,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil etmişdir.