:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Daha 3 ölkədə koronavirus aşkarlandı

Font

Daha bir neçə ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb.

Üç ölkədə - Litva, Yeni Zelandiya və Nigeriyada koronavirus aşkarlanıb.

Məlumata görə, Yeni Zelandiyada koronavirusa yoluxmuş şəxs 60 yaşlı qadındır. O, daha öncə İrana səfər edib.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.