:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sergey Markov: "Xocalı soyqırımının çox dəqiq və aydın siyasi məqsədi olub"

Font

"Xocalı faciəsi Ermənistan milliyyətçi hərbi birləşmələri tərəfindən təşkilatlanmış şəkildə törədilib. Məqsəd Azərbaycanın Xocalı şəhərində etnik təmizləmə aparmaq olub".

Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış rusiyalı politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilənlər soyqırımı aktıdır: "Bunun başqa adı yoxdur. Dağlıq Qarabağdan Azərbaycan əhalisini çıxarmaq və həmin əraziləri işğal etmək məqsədi ilə bu vəhşi qanlı cinayət törədilib. Xocalı faciəsi çox yaxşı təşkilatlanmış soyqırımıdır. Bu soyqırımı aktının çox dəqiq və aydın siyasi məqsədi olub".

Rusiyalı siyasi ekspert ötən il Bakıda Xocalı yürüşündə iştirakını da xatırlayıb: "Biz Rusiya nümayəndə heyətinin tərkibində Bakıda dinc Xocalı yürüşüdə iştirak etdik. Həmin yürüş məndə çox böyük təəssürat oyatdı. Azərbaycan xalqının isterika olmadan bu hadisəyə verdiyi qiymət bizi heyran qoymuşdu".

S. Markov Azərbaycanın Xocalı həqiqətlərinin dünya icatimaiyyətinə çatdırılması üçün çox işlər gördüyünü vurğulayıb: "Görülən işlər heç də asan başa gəlmir. Azərbaycan Xocalı soyqırmı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün informasiya blokadasını yarır. Xocalıda soyqırımı aktını törədən siyasi qüvvələr həmin informasiya bolkadasını yaradıblar. Lakin Azərbaycan dövləti həmin blokadanı yararaq dünyanı Xocalıya ədalətə çağırır. Ümid edirəm ki, Xocalıda ədalət bərpa olunacaq".

Rusiyalı ekspert: "Xocalı hadisəsini törədənlər məsuliyyətə cəlb olunmalıdır"

"B iz Xocalıya ədalət tələb edirik. Xocalı hadisəsi ədalətli şəkildə araşdırılmalı və ən başlıcası bu vəhşi-hərbi cinayəti törədənlər, çoxlu sayda günahsız dinc sakini qətlə yetirənlər mühakimə olunmalıdırlar".

Bunu Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

"Beynəlxalq hüquq normaları və Cenevrə Konvensiyasına görə, hərbi əməliyyatlar zamanı dinc əhali qorunmalıdır. Lakin biz Xocalıda bunun əksinin şahidi olduq. Dinc, günahsız insanlar şüurlu şəkildə qətlə yetirildi. Hesab edirəm ki, Xocalıda ədalət zəfər çalmalıdır. Xocalıda dinc əhalini öldürən hərbi cinayətkarlar və bu cinayətin əmrini verənlərin adları çəkilməlidir, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Nəzərə alsaq ki, bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərin müddəti olmur, o zaman hesab edirəm ki, qətlə yetirənlər və əmri verənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq səviyyədə proses başlanılmalıdır. Məhz bu yolla Xocalıda ədaləti bərpa edə bilərik", - deyə rusiyalı hərbi ekspert vurğulayıb.

İ. Korotçenko ötən il Bakıda keçirilən Xocalı yürüşündə iştirakını da xatırlayıb: "Ötən il biz rusiyalı deputatlarla, ictimai və siyasi xadimlərlə birgə bu dinc yürüşdə iştirak edərək Azərbaycan xalqının Xocalı dərdinə şərik olduğumuzu bildirdik. Rusiya ictimaiyyəti və ekspert cameəsi də Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir".