:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov:İlham Əliyevin İtaliya Respublikasına uğurlu dövlət səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdı

Font

Azərbaycanın beynəlxalq müstəvidə nüfuz dairəsinin genişlənməsi, ölkəmizin artan iqtisadi imkanları ikitərəfli münasibətlərə də müsbət təsirini göstərir. Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan respublikamızın xarici tərəfdaşları sırasında İtaliyanın xüsusi yeri var. İtaliya Respublikası iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin siyahısında yer alır. Avropada iqtisadi cəhətdən 3-сü, dünyada isə 7-ci yerdə olmaqla İtaliya 10 ən böyük məhsul ixracatçısından biri kimi də tanınır. Ən böyük turizm regionlarından olan ölkə Avropada həm də 5-ci ən çox avtomobil istehsalçısıdır. Avropa İttifaqının yaradıcı ölkələrindən biri olan İtaliya müasir dövrdə Avropanın aparıcı dövlətləri ilə yanaşı, dünyanın güclü siyasi-iqtisadi mərkəzlərindən biri kimi mövqeyinin möhkənləndirilməsində də mühüm rol oynayır.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçiləri fəaliyyət göstərmişlər. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ilin yanvar ayından başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələr arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İki ölkənin parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Bir sözlə, İtaliya da digər Avropa ölkələri kimi, Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək, regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasına təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı-faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan – İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. İtaliya ölkəmizin Avropada əsas ticari-iqtisadi partnyoru, ölkəmizdən ən böyük neft idxalatçısıdır. Eyni zamanda, siyasi müstəvidə ölkəmizlə sıx əməkdaşlıq edir, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bir sözlə, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır.

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına uğurlu dövlət səfəri tarixi olmaqla yanaşı, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına da şərait yaratdı. Səfər çərçivəsində aparılan danışıqlarda və keçirilən görüşlərdə regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı – Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz və digər məsələlər müzakirə olundu. Azərbaycan Prezidenti və İtaliyanın Baş Naziri tərəfindən "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalandı. Bu sənəd digərlərindən əhəmiyyətinə görə fərqlənir. Əsas məqam odur ki, Birgə Bəyannamə Azərbaycanın xarici ölkələrlə bu adda imzaladığı ilk sənəddir və "Böyük Yeddiliyin” üzvü olan ilk ölkə ilə imzalanıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlər, iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması, Azərbaycan-İtaliya biznes forumu kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafına yeni baxış oldu. Həm İtaliya Prezidenti Sercio Mattarella, həm də Azərbaycan Prezidenti İlham Əliyev keçirdikləri görüşlərdə və mətbuata bəyanatlarında ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə etdilər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülməsi iki ölkə arasındakı münasibətlərin gücləndirilməsinə böyük töhfəsinə verilən qiymətdir.