:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

118 saylı Ağdam Şəhər Seçki Dairəsinin 2 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilib

Font

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Musa Ağayevin müraciətinə baxılıb.

Bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını xahiş edib: "Araşdırma nəticəsində 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 2 seçki məntəqəsində (25 və 33 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.