:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK daha 2 seçki məntəqəsində nəticələri ləğv etdi

Font

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

Iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü Tofiq Həsənov bildirib ki, ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. T.Həsənov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub.

MSK üzvü Bəxşeyiş Əsgərov həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur.