:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"WhatsApp" qaranlıq rejimə keçir

Font

Dünyada ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp” nəhayət "qaranlıq rejim”ə keçdi.

Bütün istifadəçilərin uzun müddətdir gözlədikləri yeni xüsusiyyət Beta versiyasında nümayiş olunub. Hazırda yalnız Android istifadəçiləri üçün əlçatan olan yeni funksiya beta versiyası 2.20.13 ilə gəlir.

OLED və AMOLED ekran panelləri olan smartfonlarda "qaranlıq rejim” nəinki daha real qara rəngli görünüşə nail olmağa kömək edir, həm də batareyanın istifadə müddətini uzadır. Batareya performansının artmasının səbəbi, OLED və AMOLED panellərindəki tünd şəkillərin pikselləri daha enerji sərf edir. Beləliklə, qara rəng göstərmək istəyən piksellər bağlanır.