:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK sədri: “Qarşı tərəf məhkəməyə müraciət edə bilər”

Font

"MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur”.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, qarşı tərəf buna görə məhkəməyə müraciət edə bilər: "Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalovanın şikayətinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: "DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçi bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçinin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir neçə Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

Iclasda 99 saylı Şəmkir Kənd, 27 saylı Sabunçu İkinci, 121 saylı Laçın Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.