:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qazaxıstanda ekstremistlər terror hücumu planlaşdırdı

Font

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) əməkdaşları Almatıda izdihamlı yerlərdə terror aktları planlaşdıran iki ekstremisti saxlayıblar.
Bu barədə komitənin saytında məlumat verilib.
Qeyd olunur ki, 14 fevralda "dağıdıcı bir dini cərəyanın iki tərəfdarı” tutulub. KNB əməkdaşları onların yaşadıqları yerdə istintaq əməliyyatı aparıblar, nəticədə partlayıcı qurğular, onların istehsalı üçün lazım olan komponentlər, soyuq silahlar, habelə hücumun planlaşdırıldığı ərazilərin foto və video çəkilişləri olan smartfonlar ələ keçirilib.
Terror aktına hazırlıq və terrorizmin təbliği faktları ilə cinayət işləri başlanılıb.