:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək

Font

Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.