:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ermənilər atəşkəsi növbəti dəfə pozdu

Font

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.