:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əfqanıstanda 13 uşaq naməlum xəstəlikdən öldü

Font

Əfqanıstanın şimal-şərqində, Çinlə sərhəddə yerləşən Bədəxşan vilayətində son üç gündə sətəlcəmin simptomlarına oxşar xəstəlikdən azı 13 uşaq ölüb.

"TOLO news” istinadən xəbər verir ki, bu barədə yerli hökumətin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ölüm faktları vilayətin Yamqan mahalında baş verib.

Hələlik Əfqanıstan səlahiyyətliləri uşaqlarının xəstəliyi və ölüm səbəbləri ilə bağlı məlumat verməyib.