:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rauf Əliyev Çilov qəsəbəsinin sakinləri ilə görüşüb

Font

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Çilov qəsəbəsində sakinlərlə görüşü keçirildi.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək bildirib ki, istənilən xalqın, dövlətin həyatında seçkilər çox önəmli rol oynayır. O cümlədən bizim dövlətimiz üçün də seçkilər çox mühüm əhəmiyyətli hadisədir. Demokratik sabit ölkələrdə seçkilərin yüksək səviyyədə keçirilməsində ictimai-siyasi vəziyyət şərtləndirici amillərdir. Azərbaycan cəmiyyətinin siyasi qüvvəsi, eləcə də, regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan xalqımızın maraqlarının gerçəkləşdirilməsində mühüm uğurlara imza atıb və bu gün də seçkilərə böyük resurslarla gedir. 750 mindən artıq üzvü olan partiyanın bu günə qədər prezident, parlament və bələdiyyə seçkilərindəki qələbəsi YAP-ın lider, formalaşmış siyasi təşkilat olduğunu bir daha təsdiq edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilən Yeni Azərbaycan Partiyasının siyasəti birmənalı olaraq xalq tərəfindən dəstəklənir.
Daha sonra Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Rauf Əliyev qeyd edib ki, ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir. Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bu gün Azərbaycanı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük bir demokratik inkişaf dövrünü yaşayır. İnkişaf edən Azərbaycan demokratik dəyərlərə daim yüksək qiymət verir.
Daha sonra çıxış edən Azərbaycanın Milli qəhrəmanı Bəxtiyar Allahverdiyev, Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının Seçki Qərargahının üzvü Zaur Bağırov və gənc partiya fəalı Tosif Mahmudov YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını, partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçılarından Kiselyova Nataşa, Novruzlu Nailə, Məmmədov Ramal, Fərəcullayev Emin və Hacıyev İlham mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş etdilər.
Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirdi.