:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN: Çində koronavirusun aşkarlandığı şəhərdən vətəndaşlarımızın təxliyəsi üçün danışıqlar aparılır

Font

Koronavirusun aşkarlandığı Çinin Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı danışıqlar aparılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uxan şəhərində olan vətəndaşlarımızın təxliyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”, - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.