:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Seçki bülleteni çap olunandan sonra namizədliyini geri götürənlərin adının üstündən xətt çəkiləcək

Font

"Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, həmin namizədin adını bülletendən çıxaracağıq”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, namizədin adının seçki bülletenindən çıxarılması mümkün olmasa, Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: "Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin”.