:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DMX rəisi: "Azərbaycanda Əfqanıstandan gələn qaçqınlar üstünlük təşkil edir"

Font

"Azərbaycanda dövlət tərəfindən qaçqın statusu verilən şəxslərin sayın 83 nəfərdir".

Bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. Xidmət rəisi bildirib ki, bu şəxslərdən əlavə olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilən mandat əsasında ölkəmizdə yaşayan qaçqınların sayı 2101 nəfərdir.

"Azərbaycanda bir çox ölkədən qaçqınlar var. Bunların arasında İran, Misir, Suriya, Rusiya kimi ölkələr var. Amma Azərbaycanda ən çox Əfqanıstandan gələn qaçqınlar üstünlük təşkil edir", - deyə V. Hüseynov bildirib.