:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb

Font

2019-cu ildə Azərbaycan və Rusiya arasında ümumi dəyəri 3 022,046 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Dövlət Gömrük Komitəsi verdiyi məlumata görə, bu, 2018-ci illə müqayisədə 471,14 milyon dollar və yaxud 18,5% çoxdur.

Ötən il iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi ümumi xarici ticarətin 9,1%-nə bərabər olub.

Hesabat dövründə Azərbaycanın Rusiyaya icracının dəyəri 731,826 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 66,085 milyon dollar və yaxud 9,9% çoxdur.

Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 2 290,22 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 405,055 milyon dollar və yaxud 21,5% çoxdur.

Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,7%-nə, idxaldakı payı isə ümumi idxalın 16,8%-nə bərabərdir.