:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sabiq icra başçısının oğlu işdən çıxarıldı

Font

Ağstafa rayon icra hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.

Xatırlaq ki, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq idi. N.Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.