:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ruhani: İran ABŞ-ı regiondan sıxışdırıb çıxaracaq

Font

İran ABŞ-ı regiondan sıxışdırıb çıxaracaq.

Trend-in İrandakı xüsusi müxbirinin məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani hökumətin iclasında deyib.

Prezident bildirib ki, ABŞ-ın məqsədlərindən biri həm İranın daxilində, həm də regional səviyyədə qorxu salmaqdır:

"Onların hədəfi İranla İraqın arasını vurmaq və regionun terrorçulardn azad olunmasının qarşısını almaqdır. Xoşbəxtlikdən bütün məqsədlər uğursuzluğa düçar olub”.

İclas zamanı çıxış edən Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın ABŞ-la danışıqlar aparmaq niyyətində olmadığını deyib.