:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Coğrafiya İnstitutu: Ölkə ərazisinin 12,4 faizi yüksək, 6,8 faizi çox yüksək ekoloji riskli sahələrdir

Font

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən ilk dəfə olaraq təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və "Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən məlum olub ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%-i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir. Alınmış nəticələr regionların davamlı inkişafının və ekoloji idarəetmənin təşkilində mənbə rolu oynaya bilər.

Həmçinin ilk dəfə olaraq müasir prinsip və metodlarla (məsafədən zondlama, GPS, GİS və s.) əldə edilmiş materialların, faktiki çöl ekspedisiyalarının məlumatları ilə müqayisəsi əsasında Samur-Abşeronarası Xəzərsahili düzənlikləri torpaqlarında deqradasiya amilləri nəzərə alınmaqla iri miqyaslı (1:100 000) rəqəmsal "Torpaq-deqradasiya” xəritəsi tərtib edilib. Məlum olub ki, deqradasiya prosesi tədqiq olunan ərazinin 97,5%-ni əhatə edir ki, bunun da 61,4%-i şiddətli və çox şiddətli sinfə aiddir.