:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İran ABŞ-ın bütün komandanlarını terrorçu elan edib

Font

İran parlamenti "Ağır intiqam” adlı qisas planı hazırlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, plan bu gün İran parlamentariləri tərəfindən təsdiqlənib.

Planda qeyd edilib ki, ABŞ-ın Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM), onun nəzdindəki bütün qurumlar terrorçu kimi tanınır.

"İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində ABŞ-ın ölkənin maraqlarına zərər verən terror aktları cavablandırılmalıdır. İran Kəşfiyyat Nazirliyi iddia qaldırmaq üçün CENTCOM komandanlığının siyahısını təqdim etməlidir. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə ABŞ-ın bölgədəki bazalarını bağlamalı və ABŞ-ın bölgədəki digər ölkələrin imkanlarından istifadə etməsinə mane olmağa çalışmalıdır. ABŞ-ın qərarını müdafiə edən və İnqilab Keşikçiləri xidmətindən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır”, - deyə planda bildirilib.