:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ İran-ın XİN başçısına viza verməyib

Font

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasına getməyə hazırlaşan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasındakı məmura istinadən məlumat verib.

Qeyd olunur ki, qərar İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) "Qüds” qanadının komandiri general Qasım Süleymaninin İraq paytaxtı Bağdadda öldürülməsindən sonra iki ölkə arasındakı gərginliyin artması ilə bağlıdır.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iclası yanvarın 9-da Nyu-Yorkda keçiriləcək.