:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarovdan bayram təbriki

Font

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan xalqın və xaricdə yaşayan soydaşlarımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə təbrik edib.

Yenizaman.az xəbər verirki təbrikdə belə deyilir:

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il - 2020-ci il münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edirəm. Qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun. Yeni ildə xalqımıza birlik, səadət, firavanlıq, əmin-amanlıq və tezliklə qələbə sevinci ilə üçrəngli bayrağımızın işğal altında olan torpaqlarda dalğalanmasını arzulayıram. 2020-ci il xalqımıza daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin. Bayramınız mübarək olsun !!!