:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Font

Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.