:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidentləri seçildi

Font

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.

Iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması qərara alınıb.
Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik Isa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.

Hesablama Komissiyasının sədri Urxan Ələkbərov səsvermədə heç kəsin namizədin əleyhinə səs vermədiyini söyləyib.

AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) yeni tərkibi müəyyənləşib.

Yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik ümumi yığıncağında məlumat verib.

O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir.

RH-nın yeni tərkibində AMEA prezidenti akademik Ramiz Mehdiyev, birinci vitse-prezident akademik İsa Həbibbəyli, birinci vitse-prezident akademik İbrahim Quliyev, vitse-prezident akademik Tofiq Nağıyev, vitse-prezident akademik Dilqəm Tağıyev, vitse-prezident akademik Nərgiz Paşayeva, vitse-prezident akademik İradə Hüseynova, vitse-prezident akademik Rasim Əliquliyev, akademik katib, akademiyanın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev, akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev təmsil olunur.

Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib.