:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İcma sədri: "Xankəndinə qayıtmaq əzmindəyik"

Font

Xankəndinin işğalının 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.

APA-nın məlumatına görə, ziyarət Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən təşkil edilib.

Ziyarətdə Birliyin sədri Tural Gəncəliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcmanın üzvləri, deputatlar Flora Qasımova, Elman Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tural Gəncəliyev bildirib ki, 28 il öncə Dağlıq Qarabağ bölgəsinin ən strateji şəhəri olan Xankəndinin işğalı günüdür: "Erməni işğalçı qüvvələri 1991-ci ilin dekabr ayında Xankəndində yaşayan minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Onların bəziləri vəhşicəsinə öldürülüb. Biz hazırda şəhidlərimizin ruhunu anırıq. Həm də Xankəndini, Qarabağı unutmadığımızı burdan bütün ermənilərə, Ermənistan dövlətinə mesaj veririk. İcma olaraq biz güclüyük, xankəndlilərlə birlikdə öz torpağımıza qayıtmaq əzmindəyik. Tezliklə də bunu həyata keçirəcəyik".