:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Ailə TV” jurnalistə maddi ziyan vurub

Font

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin "brendi” hesab edilən «Ailə TV» abunəçilərinə problemlər yaşatmaqda davam edir.

Kabel televiziyası və eləcədə keyfiyyətsiz Internet xidmətlərindən istifadə edən bir çox abunəçilərin uzun müddətdir ki, narazılıqlarını baxmayaraq «Ailə TV»-nin özbaşınalıqları səngimək bilmir. Bu səfər isə «Ailə TV»-nin şəristəsiz hərəkətləri jurnalist Lalə Eyyubovaya məxsus mənzilindəki (Əhmədli qəs. Sarayevo küc. 22) plazma televizorunun yanmasına səbəb olub. Bu barədə məlumatı L.Eyyubova AzToday.az-a özü də təsdiqləyib.
Jurnalistin sözlərinə görə, onun mənzilinə gələn televizor kabelinə yüksək gərginlik enerjisi buraxılıb və nəticədə televizor yanıb. Hazırda televizorun təmiri isə qeyri mümkündür. Jurnalist qeyd edib ki, məsələ ilə bağlı "Ailə TV”-yə öz iradını bildirib və televizorun təmir, yaxud da yenisi ilə əvəz edilməsini tələb edib. Lakin "Ailə TV” isə məsuliyyəti üzərindən atmağa çalışır.
Onu da qeyd edək ki, Sarayevo küc. 22-də yerləşən yaşayış binasının digər mənzillərində də televizorlarla bağlı problem yaşanıb.
Belə davam edəcəyi təqdirdə, jurnalist ilin sonu ilə əlaqədar istirahət günlərini televizorsuz keçirməli olacağı təqdirdə Ailə TV-nin özbaşınalıqları ilə bağlı Prokurorluğa müraciət edəcəyini vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl "TNH”, "Astoriya” MMC, və "Ailə TV”-nin sahibi olan, iş adamı Fərid Sadıqovun qeyri-peşəkar işçilərinin əməlləri ucbatından Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olmuşdu. Maraqlısı odur ki, görəsən bundan sonra Fərid Sadıqova məxsus şirkətlər daha hansı formada sakinlərə ziyan vurmağı planlaşdırır?