:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Oqtay Şirəliyev bələdiyyə seçkilərində səs verib

Font

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin seçici siyahısında 1320 nəfərin adı var. Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.

Bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.

Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.