:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bank VTB Azərbaycan" mənfəət proqnozunu açıqlayıb

Font

"Bank VTB Azərbaycan" ASC-nin bu ilə 6 mln. manat mənfəətlə yekun vuracağı proqnozlaşdırılır.

Bunu "Bank VTB Azərbaycan"ın İdarə Heyətinin sədri Yevgeni Kirin bankın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 9 aylıq mənfəətin ilin sonuna müəyyən qədər azalmasına baxmayaraq, bankın 2019-cu ildə mənfəətinin 6 mln. manat olacağı gözlənilir. Mənfəət nizamnamə kapitalının artmasına yönəldiləcək.

Mənfəətinin artmasına təsir edən müsbət amillərdən biri də kredit portfelinin 2 dəfə artması və problemli kreditlərinin həcminin azalmasıdır. Onun sözlərinə görə, problemli kreditlərin həcmi 65 mln. manata enib.

O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcələrinin azaldılmasının bankın da kreditlər üzrə dərəcələrinin azalmasına təsir edəcəyi gözlənilir.

"Kredit portfelində artım əsasən korporativ-biznes portfelin artması hesabına baş verib. Məsələn, təkcə 4G tətbiqi ilə bağlı yerli mobil operatorla 22 mln. avroluq müqavilə imzalanıb", - deyə Y. Kirin bildirib.

Kredit portfelinin 60%-i hüquqi şəxslər və biznes kreditləri, 40%-i isə istehlak kreditləridir.