:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev: “Bu il rekord həddə - 294 min ton pambıq yığılıb”

Font

"Respublika üzrə pambıq yığımı başa çatıb, bu il rekord həddə - 294 min ton pambıq yığılıb, məhsuldarlıq orta hesabla hər hektardan 29,4 sentner təşkil edib”.

Bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.