:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bərdədə 3 uşaq anası 10 aylıq körpəsini götürərək evdən qaçıb

Font

Bərdə rayonunda 3 uşaq anası evdən qaçıb.

Hadisə rayonunun İmamqulubəyli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1993- cü il təvəllüdlü Xalidə Məmmədova bu ilin sentyabr ayında, səhər saatlarında yaşadığı evdən on aylıq körpəsini götürərək həkimə aparmaq adı ilə evdən qaçıb.

Evdən qaçan qadının əri Fuad Məmmədov həmin gün axşam saatlarında Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat verib.

Qadının tapılması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri davam edir.(report)