:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan əhalisinin sayı açıqlanıb

Font

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Bu il Azərbaycanda 2774 əkiz, 78 üçəm, 4 dördəm doğulub

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117752 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulanlardır.

2019 -cu ildə Azərbaycanda 51735 nikah və 14281 boşanma hallı qeydə alınıb, ölüm səviyyəsi azalıb

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.

Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, Azərbaycandan isə 1354 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.