:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq

Font

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır: "Bu media mərkəzi başqa ölkələrdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər. Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır”.