:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş "Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Dövlət başçısının iştirakı ilə "Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan "Şahdağ”, "Xocalı”, "Quba”, "Murovdağ” və "Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.