:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib, 8 nəfərə yerində tibbi yardım göstərilib

Font

Səhiyyə Nazirliyi "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

"Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində tibbi yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var", - məlumatda vurğulanıb.