:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa keçirilib

Font

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən verilən məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurum və təşkilatların iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Aİ münasibətləri və Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunaraq yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib.