:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan XİN başçısı: “Mnatsakanyana məsləhət görərdim ki, Helsinki Yekun Aktını bir də oxusun”

Font

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib, siz artıq bu bəyanatla tanışsınız”.

Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Azərbaycan XİN başçısı ATƏT regiondakı münaqişənin həllinin vacibliyini vurğulayan bütün nümayəndələrə təşəkkür edib.

"Bizim yaydığımız bəyanat mənim ölkəmin mövqeyini əks etdirir. Düşünürəm ki, mənim ölkəmin mövqeyi dəyişməyib, eynidir. Erməni həmkarımın çıxışından sonra işim daha asandır. Erməni həmkarıma məsləhətim budur ki, o, Helsinki Yekun Aktını bir daha oxusun”, - deyə E. Məmmədyarov vurğulayıb.

Xatırladaq ki. Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.

Elmar Məmmədyarov: "Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

"Dünən erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu, kifayət qədər çətin müzakirələr idi”.

Bunu da Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var.

"Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə E. Məmmədyarov qeyd edib.