:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”

Font

"Beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı Gürcüstan, Moldova və Azərbaycanda dondurulmuş münaqişələrin hələ də həll olunmamış qaldığını diqqətə çatdırıb.

O qeyd edib ki, dondurulmuş münaqişələr beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həll olunmalıdır.