:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”

Font

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”.

Bunu Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Slovakiya il boyu ATƏT-in Minsk qrupu prosesi çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək istiqamətində işlər görüb.

"Əgər biz münaqişələri həll etmək istəyiriksə, əvvəlcədən etimad qurma və təhlükəsizlik mühiti yaratma tədbirlərindən başlamalıyıq”, - deyə ATƏT sədri vurğulayıb.

M. Layçak ölkəsinin ATƏT-ə inandığını və bu qurumun regionu hələ də təhlükəsiz bölgəyə çevirə biləcəyini qeyd edib.