:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılıb

Font

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, BNA tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.