:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Makron: “NATO ilə bağlı dediklərimin arxasındayam”

Font

Londonda ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

CNN verdiyi xəbərə görə, Fransa Prezidenti NATO barəsində işlətdiyi "ölmüş beyin” ifadəsinə münasibət bildirib.

"Dediklərimin arxasındayam. Mən güclü NATO-nun tərəfdarıyam”, - deyə E. Makron vurğulayıb.

ABŞ Prezidenti isə fransalı həmkarını tərifləyib.

"Makron böyük siyasətçidir”, - deyə D. Tramp qeyd edib.

O, E. Makronun ABŞ-ın NATO üçün daha çox maliyyə ayırmasını etiraf etməsinin sevindirici hal olduğunu söyləyib.