:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 8%-dən çox artıb

Font

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstana 8 690 352 beynəlxalq səyahətçi səfər edib.

Bu barədə Gürcüstan Milli Turizm Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin hesabat dövrü ilə müqayisədə 7,2% artıb. Təkcə cari ilin noyabr ayında isə Gürcüstana 670 122 beynəlxalq səyahətçi səfər edib. Hesabat dövründə Gürcüstana edilən bütün beynəlxalq səyahətlərin 4 768 432-si turizm məqsədi ilə baş tutub ki, bu da əvvəlki illə müqayisədə 6,3% çoxdur.

Hesabatda qeyd edilib ki, noyabr ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 8,1% artıb. Azərbaycan bu ölkəyə ən çox beynəlxalq səyahətçi göndərən ikinci ölkə olub.

Gürcüstana gedən Rusiya vətəndaşlarının sayı isə 10% azalıb.

Cari ilin ilk iki rübü ərzində Gürcüstanın turizm gəlirləri əvvəlki illə müqayisədə 95 mln. ABŞ dolları artaraq 1,5 mlrd. dollara çatıb.