:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

Font

"İki ölkə arasında uğurlu iqtisadi əlaqələr var. Bu əlaqələr üçün hüquq çərçivə mövcuddur”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, iqtisadi əlaqələrdə ticarət dövriyyəsinin həcmi 2.5 milyard dolları ötüb: "Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1.2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4.9 milyard dollar investisiya qoyub”.

"Ümid edirəm ki, Bratislavada irəli addım atacağıq. Biz irəli addım atmağı dəstəkləməliyik, mövcud "status-kvo” heç kəs üçün uyğun deyil”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, hamı anlayır ki, bu məsələnin həlli tapılmalıdır.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olacaq.