:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan NATO-nun yenilənməsini qaçılmaz hesab edir

Font

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yenilənməsinin qaçılmaz olduğunu bəyan edib.

TASS verdiyi məlumata görə, bu haqda o, Londona səfərindən öncə Ankarada keçirilən mətbuat konfransında bildirib.

"NATO-nun yenilənməsi qaçılmazdır. Türkiyənin müttəfiqlərindən gözləntisi yeni alternativlər axtarmaqdansa, cari əməkdaşlıqların genişləndirilməsidir. NATO-ya üzv olan bütün dövlətlər alyansda islahatları dəstəkləməyə məcburdur. Bu bizə həm də terror təşkilatlarına qarşı daha qətiyyətli və prinsipial mübarizə aparmağa imkan verər”, - deyə prezident əlavə edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə NATO-nun əvəzedilməz üzvüdür.

NATO-nun sammiti 3-4 dekabrda Britaniyanın paytaxtı London şəhərində keçiriləcək. Ankarada bildiriblər ki, Türkiyə prezidenti amerikalı həmkarı Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Böyük Britaniya baş naziri Boris Consonıa ikitərəfli görüşlər keçirmək niyyətindədir.