:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı sənədi ratifikasiya edib

Font

ABŞ Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı sənədi ratifikasiya edib.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Twitter" səhifəsində bildirib.

"Amerika Birləşmiş Ştatlarının Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı protokolu ratifikasiya etdiyini elan etməkdən məmnunluq duyuram. Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi olaraq qarşılamağa bir addım da yaxınlaşdıq!”, - deyə M. Pompeo qeyd edib.

Xatırladaq ki, NATO-nun bir çox üzvü artıq bu protokolu ratifikasiya edib.